Qvardiola Rodri haqda: “Riski gözə ala bilmərik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Rodri Ernandesin zədədən sonra komandanın heyətinə qayıtması ilə bağlı danışıb.

İspaniyalı futbolçu ön çarpaz bağlarının zədələnməsindən sonra artıq məşqlərə başlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Rodrinin hazırda özünü yaxşı hiss etdiyini deyib:

“Rodri həkimlər icazə verdikdən sonra oynayacaq. Məni bu barədə şəxsən məlumatlandırmalıdırlar. Onun zədəsi ciddi idi. Hazırda özünü yaxşı hiss edir, daimi şəkildə məşqlərdə olur, amma riski gözə ala bilmərik”.

Rodri 2024-cü ildə “qızıl top” mükafatını qazanıb. O, İngiltərə Premyer Liqasının cari mövsümündə cəmi iki oyun keçirə bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button