
Qvardiola: “Real”la oyunda qələbə qazanmaq şansımız bir faizdir”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Real”ı məğlub etmək şanslarını qiymətləndirib.
Komanda.az “The İndependent”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının qələbə qazanmaq şansının çox az olduğunu deyib:
“Santyaqo Bernabeu”da qələbə qazanmaq ehtimalı nədir? Şansımız minimaldır, bir faizdir. Amma nə qədər ki, şans var, çalışacağıq, bu, dəqiqdir”.
İlk oyun “Real”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı fevralın 19-da keçiriləcək və saat 00:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin