
Qvardiola: “Gördüklərim xoşuma gəldi”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı gördüklərinin xoşuna gəldiyini bildirib:
“Məğlub olduq, amma çox yaxşı oyun oldu. Komandamı tanıyıram. Çətin mövqelərdə oynayan oyunçuların əksəriyyətinin tempi, ritmi, təzyiqi, birliyi əla idi. Gördüklərim xoşuma gəldi”.
“Qırmızılar” ilk hissədə iki cavabsız qol vurub və “şəhərlilər”in fasilədən sonra toparlanmasına imkan verməyiblər.
“Mançester Siti” 44 xalla Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, “Liverpul” isə 64 xalla birincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin