Qvardiola Qrilişin zədəsi haqda: “Gözlənildiyi kimi pis deyil”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Cek Qrilişin durumu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun qısa vaxt içərisində sağalacağını düşünür:
“Gözlənildiyi kimi pis deyil. Qrilişin zədəsi üçün çox vaxt getməyəcək. Bəlkə 10 gün çəkəcək. Sağalma üç həftə və ya bir ay çəkə bilər, amma düşünürəm ki, o, daha tez qayıdacaq. Bu, bizim üçün yaxşı xəbərdir”.
Qriliş fevralın 13-də Çempionlar Liqasının “Kopenhagen”lə oyununda (3:1) zədələnib.
28 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin