
Qvardiola ispan futbolçunu “əsl hədiyyə” sayır
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Niko Qonsalesi tərifləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçudan razı olduğunu bildirib:
”Qonsales çox öyrədilən oyunçudur və o, hələ çox gəncdir. Yeni şeylər öyrənməyə hazır olan oyunçular məşqçi üçün əsl hədiyyədir. Bəziləri bu baxımdan daha çətindir”.
23 yaşlı futbolçu bu ilin fevralında 60 milyon avroya “Portu”dan “Mançester Siti”yə keçib. O, çərşənbə günü Liqa kubokunda komandasına “Haddersfild Taun” üzərində 2:0 qalib gəlməyə kömək edib.
“Şəhərlilər” şənbə günü Premyer Liqada “Bernli” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



