
Qvardiola “Qarabağ”ın rəqibi haqda: “Biz çempionlarla oynayacağıq”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada “Liverpul”la baş tutacaq oyun barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qarşılaşmanı səbirsizliklə gözlədiyini söyləyib:
“Biz çempionlarla oynayacağıq. “Liverpul” çempiondur, “Arsenal” isə yox. Onlar bura titullarını qorumaq üçün gəlirlər. Bu, səviyyəmizi göstərmək üçün şansımızdır. Oyunu səbirsizliklə gözləyirəm”.
“Şəhərlilər” bu gün evdə “qırmızılar”la qarşılaşacaq. “Arsenal” 11 oyundan sonra 26 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti”nin 19, “Liverpul”un isə 18 xalı var.
”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



