Qvardiola braziliyalı futbolçu ilə bağlı qərarını verib

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola vinger Savionun transferinə qarşı çıxıb.

Son vaxtlar braziliyalı futbolçuya “Tottenhem”in maraq göstərdiyi barədə xəbərlər yayılırdı. Hətta Qvardioladan da bu mövzu ilə bağlı soruşulub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı artıq qərarını verib. Savio heç yerə buraxılmayacaq və “Tottenhem”in edəcəyi istənilən təklif rədd ediləcək.

21 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir. O, zədə səbəbindən cari mövsümdə Premyer Liqanın ilk turunda “Vulverhempton”a qarşı matçı buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button