“Qvardiola İngiltərənin digər komandalarında baş verən qarışıqlığa gülür” – Mourinyo

“Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo keçmiş klubu “Mançester Yunayted”in hazırkı durumu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın digər komandalarda baş verən qarışıqlığa güldüyünü bildirib:

“Mançester Yunayted”də bir qədər irəliləyiş var, amma ümumilikdə hər şey olduğu kimi qalır. Düşünürəm ki, Pep Qvardiola İngiltərənin digər komandalarında baş verən qarışıqlığa gülür”.

“Mançester Siti” İngiltərə Premyer Liqasının son mövsümündə çempion olub. Qvardiolanın komandası ardıcıl 4-cü dəfə qızıl medalları qazanıb. “Arsenal” Premyer Liqanı 2-ci, “Liverpul” isə 3-cü yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button