
Qvardiola özbək futbolçudan razıdır
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın sağ cinah müdafiəsindəki vəziyyətə münasibət bildirib.
Son oyunlarda həmin mövqedə çıxış edən özbək futbolçu Abdukodir Xusanov zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yeni transferə ehtiyac olub-olmadığı barədə suala belə cavab verib:
“Hazırda bilmirəm. Xusanovun sağ cinahdakı çıxışından razıyam. Bundan əlavə, orada Mateus Nunyes, Riko Luis, hətta Con Stounz da oynaya bilər. Bu baxımdan vəziyyət normaldır. Amma klubun yeni oyunçu axtarıb-axtarmadığını deyə bilmərəm”.
“Şəhərlilər” bu gün Premyer Liqada evdə “Bernli” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



