
Qvardiola onun transferində israrlıdır
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Kamavinqanın transferini şəxsən istəyir və bu məsələdə israrlıdır.
22 yaşlı futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Onun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Kamavinqa son La Liqa mövsümündə 19 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin