Qvardiola onu “Mançester Siti”də görmək istəyir

“Mançester Siti” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanmaqda davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun transferində “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola şəxsən maraqlıdır.

“Mançester Siti”nin rəhbərliyi Kamavinqanın transferi üçün “Real”a tutarlı təklif hazırlayır. Madridlilər isə 22 yaşlı oyunçusu ilə ayrılmaq istəmir. Onun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.

Kamavinqanın “kral klubu” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button