Qvardiola: “De Bruyne gələcəyini özü təyin edə bilər”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Kevin De Bruyne haqda fikirlərini bölüşüb.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Kevinin transferi üçün klubun heç bir təklif almadığını bildirib:

“Birinin getməsi üçün ilk növbədə təklif almalısan. Nə olacağını bilmirəm, amma Kevinin qalmasını istərdim. De Bruyne gələcəyini özü təyin edə bilər. Onun “Mançester Siti” üçün etdikləri əvəzolunmazdır, ona görə də, o, qərarını özü verməlidir”.

35 yaşlı belçikalı futbolçunun “şəhərlilər”lə müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button