Qvardiola ispaniyalı futbolçunun transferində israrlıdır

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanı gücləndirmək üçün yeni transfer planları qurur.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “şəhərlilər” hələ də “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopeslə maraqlanır.

22 yaşlı futbolçunun istedadının böyük pərəstişkarı olan Qvardiolanın gələcəkdə bu keçid üçün ciddi addımlar atacağı gözlənilir. Kataloniya klubu ilə danışıqların daha fəal şəkildə aparılması 2026-cı ildə mümkündür.

Yayda ispaniyalı futbolçunun transferinə “Çelsi” də cəhd etsə də, anlaşma baş tutmamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button