“Kristal Pelas”ın futbolçusu “Mançester Siti”yə keçə bilər

“Kristal Pelas”ın 21 yaşlı yarımmüdafiəçisi Adam Uorton Premyer Liqanın daha güclü klubuna keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

İngiltərəli futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Uortonu ispaniyalı yarımmüdafiəçi Rodri Hernandesin əvəzedicisi kimi nəzərdən keçirir.

Uortonun “Kristal Pelas”la müqaviləsi 2029-cu ilin iyununun sonunda başa çatacaq. O, bu mövsüm Premyer Liqada 13 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button