Qvardiola keçmiş futbolçusunu “Mançester Siti”də görmək istəyir
“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Kimmixlə çalışmaq istəyir. İspaniyalı mütəxəssis daha əvvəl 29 yaşlı futbolçu ilə Münhen klubunda işləyib.
“Transfermarkt” alman yarımmüdafiəçinin dəyərini 50 milyon avro qiymətləndirir. Onun “Bayern”lə 2025-ci ilə qədər müqaviləsi var.
Kimmix ötən mövsüm Bundesliqada 28 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin