Ter Ştegen İngiltərə klubuna keçə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə “Mançester Siti” maraqlanır.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Edersonun mümkün gedişi fonunda Ter Ştegeni ideal əvəzləyici hesab edir.

Almaniyalı qapıçı son mövsümdə dizindəki zədə səbəbilə cəmi 11 oyunda iştirak edə bilib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button