
İngiltərə klubu Xavi üçün 110 milyon avro təklif edir!
Niderland yığmasının və “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardiola 22 yaşlı futbolçunu Kevin De Bruyneni əvəzləyə biləcək ideal oyunçu hesab edir.
“Mançester Siti” niderlandlı futbolçunun transferinə görə Almaniya klubuna 110 milyon avro təklif edib.
Simons son Bundesliqa mövsümündə 25 oyunda meydana çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



