Qvardiola: “Kompani və Alonso mənə çox kömək etdi”

“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola keçmiş futbolçularının baş məşqçi kimi uğurlu olmaları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis onlara görə çox xoşbəxt olduğunu bildirib:

“Çünki onlar çox yaxşıdırlar! Nəhayət, uğur qazanırlar. Onların işinə çox yüksək rəy verirəm. Düşünürəm ki, onların davranış modeli təkmilləşmə, yeni ideyalar gətirmək, öyrənmək və təcrübə etmək istəyidir.

Mən başa düşürəm ki, onların əksəriyyəti Vensan Kompani və Xabi Alonso kimi cəmi bir neçə ildir məşqçilik edir. Onların işində mənim başladığım zaman təsəvvür etdiyim şeylərin çoxunu görürəm.

Mən onlar üçün çox xoşbəxtəm, çünki onların əksəriyyəti mənim dostlarımdır. Çox şadam ki, onlarla hər şey qaydasındadır. Bərabər olduğumuz müddətdə onlar mənə çox kömək etdilər, təkcə köməkçi-məşqçi yox, həm də futbolçular üçün məşqçi kimi fəaliyyət göstərdilər. Kompani və Alonso mənə çox kömək etdi”.

Belçikalı keçmiş müdafiəçi Kompani Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”də çıxış edib və hazırda “Bayern”ə rəhbərlik edir. İspaniyalı sabiq yarımmüdafiəçi Alonso “Bayern”də Qvardiola ilə birlikdə işləyib və hazırda Leverkuzen “Bayer”ini çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button