“Mançester Siti”də bu qədər müddət qaldığım üçün təəccüblənirəm” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubda uzun müddət qalmasından təəccübləndiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis digər Premyer Liqa klublarında tez-tez baş verən məşqçi dəyişikliyindən təəccüblənib-təəccüblənmədiyi sualına belə cavab verib:
“Xeyr, amma “Mançester Siti”də bu qədər müddət qaldığım üçün təəccüblənirəm. Müasir futbolda doqquz il həqiqətən uzun müddətdir”.
Qvardiola 2016-cı ilin yayından “şəhərlilər”ə rəhbərlik edir. O, İngiltərəyə köçməzdən əvvəl müvafiq olaraq üç və dörd il “Bayern”lə “Barselona”nı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin