Rəqiblər güclənir, Qvardiola narahat olur

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Arsenal” və “Mançester Yunayted”in heyətlərini gücləndirmək üçün gördüyü işləri yüksək qiymətləndirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu klubların ildən-ilə daha da yaxşılaşdıqlarını bildirib:

“Əlbəttə, illərdir onların nə qədər yaxşı olduqlarından narahatam. Çünki ildən-ilə daha da yaxşılaşırlar. “Arsenal”ın “Bayer”ə qarşı oyununu izlədim, “yanırdılar”. Hər mövsüm əvvəlkindən daha çətin olacaq. “Mançester Yunayted” geri qayıdacaq. Onlar yeni oyunçular alıb və dörd ildir sahib olduğumuz “tac”ı əlimizdən almaq istəyirlər”.

Bu gün İngiltərə superkubokunda “Mançester Siti” “Mançester Yunayted”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button