Qvardiola: “Mənim işini görən əla komandam var”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında “Slovan” üzərində qazanılan böyükhesablı qələbəni şərh edib.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı əla komandasının olduğunu bildirib:

“Mənim işini görən əla komandam var. Çoxlu imkanlar yaratdıq, qollar vurduq və üç xal qazandıq. Düşünürəm ki, oyunçularım əla nəticə əldə etdilər”.

“Slovan” – “Mançester Siti” matçı dünən baş tutub. Qvardiolanın yetirmələri rəqibi üzərində 4:0 hesablı inamlı qələbəni bayram edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button