MS Qvardiola ilə razılığa gəlib
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubla müqaviləsini 2025-ci ilə qədər uzatmaq üçün razılığa gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. 51 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Bu müddət ərzində MS üç dəfə İngiltərə çempionu olub, dörd dəfə Liqa kubokunu, iki dəfə İngiltərə superkubokunu və bir dəfə İngiltərə kubokunu qazanıb.
“Mançester Siti” Premyer Liqada hazırda 83 xalla birinci yerdədir. “Liverpul” 82 xalla ikincidir.
Aprelin 28-də “Liverpul”un baş məşqçisi Yurgen Klopp da klubla müqaviləsini 2026-cı ilə qədər uzadıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin