Müller Qvardiolanı necə təəccübləndirib?
“Bayern”in keçmiş, “Mançester Siti”nin hazırkı baş məşqçisi Pep Qvardiola hücumçu Tomas Müllerlə bağlı ən sevimli anını xatırlayıb.
Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Müllerin qol vurduqdan sonra sadəcə, komanda yoldaşlarını qucaqlamaq istədiyini bildirib:
“2016-cı ildə Çempionlar Liqasında “Yuventus”a qarşı oyunun sonuna bir dəqiqə qalmış 1:2 hesabı ilə uduzurduq. Müller hesabı bərabərləşdirdi və oyunu əlavə vaxta daşıdı. Yekunda 4:2 hesabı ilə qalib gəldik. Məni ən çox təəccübləndirən Müllerin qollarını necə təvazökarlıqla qeyd etməsi oldu. İndi futbolçular qol vurduqdan sonra bayram etməyə qaçırlar. Tomas bu baxımdan fərqlidir, o, qol vurduqdan sonra sadəcə, komanda yoldaşlarını qucaqlamaq istəyir”.
Müller keçirilən oyunların sayına görə “Bayern”in rekordçusudur.
Bizi Facebook-da izləyin