Qvardiola MS-nin təklifi ilə razılaşdı – Məvacibi azaldılır
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola məvacibinin azaldılmasına razı olub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, koronavirus pandemiyasının kluba verdiyi maddi ziyan səbəbiylə “şəhərlilər”in məvacibləri azaltmaq təklifini qəbul edib.
Mançester klubunda məvaciblərin azaldılması ilə bağlı son qərarın verilmədiyi, bəzi nüansların Qvardiolanın anasının dəfnindən qayıtdıqdan sonra müzakirə ediləcəyi bildirilib.
Qvardiolanın “Mançester Siti”də illik 20 milyon avro qazandığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin