Qvardiola “Mançester Siti”ni tərk etməkdə qərarlıdır
“Mançester Siti” cari mövsümün sonunda baş məşqçisiz qala bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.
Komandanın baş məşqçisi Pep Qvardiola gələn yay “şəhəlilər”i tərk etməkdə qərarlıdır. Premyer Liqa çempionunun rəhbərliyi təcrübəli mütəxəssisin yerinə İspaniya La Liqasından məşqçi dəvət edə bilər. Söhbət “Jirona”nın çalışdırıcısı Miçeldən gedir.
Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. Tərəflər arasındakı müqavilə 2025-ci ilin iyunun sonunda başa çatacaq. “Şəhərlilər” onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin