
Qvardiola: “Bu, uğursuz mövsümdür”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yenidən bəyan edib ki, bu mövsüm komandası üçün uğursuz keçir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bunun uğursuz mövsüm olduğunu hesab edir:
“Bu, uğursuz mövsümdür. Federasiya kubokunun finalına yüksəlməyimiz və ya UEFA Çempionlar Liqasına vəsiqə qazanmağımız fərq etmir. Reallıq budur. Mövsümün uğurlu sayılması üçün Premyer Liqada özünü göstərməlisən.
Nə Çempionlar Liqasında, nə federasiya kubokunda, nə də Liqa kubokunda, çempionatda sabitlik lazımdır, bizdə isə bu yox idi. Amma belə hallar baş verir. Bəzən mövsüm uğursuz alınır. Səbəblər isə hər kəsə məlumdur”.
“Şəhərlilər” dünən “Aston Villa” üzərində 2:1 hesablı qələbə qazanaraq Premyer Liqanın turnir cədvəlində üçüncü pilləyə yüksəlsələr də, artıq çempionluq uğrunda mübarizədən söhbət getmir. Qvardiolanın komandası Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə ilə kifayətlənməyə məcburdur.
Bizi Facebook-da izləyin



