
Qvardiola “Mançester Siti”ni tərk etmək istəyir
Pep Qvardiola cari mövsümün sonunda “Mançester Siti”ni tərk etməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı ötən yay klubu tərk edərək İngiltərə millisinin baş məşqçisi postuna gəlmək niyyətində olub, ancaq bu vəzifəni Tomas Tuxel tutub.
Nəticədə, Qvardiola Mançesterdə qaldı, çünki onun başqa iş variantları yox idi. Bununla belə, onun planları dəyişməz qalır və o, yayda “şəhərlilər”i tərk etmək istəyir.
“Mançester Siti” UEFA Çempionlar Liqasında “Real”a məğlub olaraq mübarizədən kənarlaşdırılıb. Komanda hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin