Qvardiola komandası üçün yeni hücumçu seçib
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının hücum xətti üçün yeni oyunçu tapıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Seltik”in hücumçusu Kyoqo Furuhaşinin fəaliyyəti ilə maraqlanır. Qvardiola “Mançester Siti” ilə “Seltik” arasında keçirilən yoxlama görüşündə yaponiyalı futbolçunun çıxışına heyran olub.
29 yaşlı hücumçu bu mövsüm Şotlandiya klubunun 2 oyununda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin