“Qvardiola mənim digər nənəmdir”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva maraqlı açıqlamalar verib.

Komanda.az “The Times” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Monako”da keçirdiyi maraqlı anlardan, ailəsindən və Pep Qvardioladan danışıb:

  • Keçən mövsüm Premyer Liqada qazandığımız çempionluq, karyeramda qazandığım ən çətin çempionluq idi. Fevral ayında turnir cədvəlinin ilk pilləsində olsaz belə, mövsümün sonuna qədər eyni şəkildə davam etməyiniz lazımdır. Ən adi xal itkisi belə, təhlükəlidir. Ardıcıl qələbələr qazanıb, amma 2-3 oyunda məğlub olsan, hər şeyi itirərsən.
  • Premyer Liqadakı bu xüsusiyyət həqiqətən, çətindir. Amma bir müddətdən sonra bu, xoşunuza gəlməyə başlayır. Bu liqada, bu yarışın içində olmaq gözəldir. Hər zaman dünyanın ən yaxşı komandalarına qarşı mübarizə aparırsız.
  • Məncə, “Liverpul” bu mövsüm çox yaxşı vəziyyətdədir. Yenidən çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
  • “Mançester Siti”yə transfer olunmamışdan əvvəl İbizada idim. Klubla görüşmək üçün şəhərə gəlməyim lazım idi. İnsanlar mənə buranın soyuq olduğunu dedilər. “İyul ayında nə qədər soyuq ola bilər ki?” dedim. Bu, çəhrayı şalvarmı son geyinməyim idi. Yağış və sərt külək vardı.
  • Ailəm mənimlə çox qürur duyur. Bunu bacılarımdan, atamdan, nənəmdən və bütün dostlarımdan eşidirəm. Dünyanın ən yaxşı liqasının ən yaxşı komandasında oynayıram. Ailədə təkcə bacılarım futbolu sevmir. Anam, atam və nənəm çox yaxşı futbol azarkeşləridir. Bəzən oyun bitdikdən sonra nənəmdən zəng gəlir və o, məni sərt bir şəkildə tənqid edir. Ardınca da, Qvardiola gəlir və o da tənqid edir. O da mənim digər nənəmdir (gülür).
  • “Monako”nun heyətində 2016-2017-ci il mövsümündə çempionluq qazandıq. Çempionlar Liqasında isə yarımfinala qədər irəlilədik. Bütün futbolçular mövsüm bitdikdən sonra çox böyük təkliflər alacağını gözləyirdi. Buna görə hətta “vhatsapp” qrupumuzun adını da dəyişmişdik (gülür).
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button