ÇL: “Biz hər cəhətdən əla oynadıq”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Leyptsiq” üzərində qazanılan qələbəni (3:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, yaxşı oyun nümayiş etdirdiklərini söyləyib:
“Yaxşı hissdir. Biz hər cəhətdən əla oynadıq. Bəli, ikinci hissədə iki və ya üç epizodu qaçırdıq, amma bu normaldır. Ümumilikdə, yaxşı kombinasiyalı oyun nümayiş etdirdik. Komanda belə ötürmələrlə oynayanda hər şey yaxşı gedir”.
“Mançester Siti” 6 xalla G qrupuna başçılıq edir. “Leyptsiq” ikincidir (3 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin