Qvardiola əməliyyatdan sonra ilk məşqə çıxdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola əməliyyatdan sonra kluba qayıdıb və artıq komanda ilə ilk məşqini keçirib.

Komanda.az xəbər verir ki, 52 yaşlı mütəxəssis kürəyindəki problemlərə görə avqust ayında əməliyyat olunub. O, “Mançester Siti”nin Premyer Liqada iki matçını buraxıb: “Şeffild Yunayted”lə (2:1) və “Fulhem”lə (5:1).

Qvardiolanın olmadığı müddətdə komandaya onun köməkçisi Xuanma Lillo rəhbərlik edirdi.

Dörd turun nəticələrinə əsasən, “şəhərlilər” 12 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Sentyabrın 16-da “Mançester Siti” səfərdə “Vest Hem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button