
Qvardiola Kloppun Klublararası dünya çempionatını tənqid etməsinə cavab verib
“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppun Klublararası dünya çempionatı ilə bağlı tənqidi fikirlərinə cavab verib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Kloppla mən çox mübarizə aparmışıq, onun bu fikirləri haradan aldığını bilirəm. Biz İngiltərədə çox mübarizə apardıq, UEFA ilə görüşlərdə, xüsusən də, Premyer Liqada, təqvimi yaxşılaşdırmaq, keyfiyyətli etmək, oyunçular və məşqçilərin istirahət etməsi üçün birlikdə iştirak etdik. Bu, məni təəccübləndirmir, onu başa düşürəm və hörmət edirəm. Bütün bu illərdən sonra onun mövqeyini yaxşı başa düşürəm.
Eyni zamanda, işimiz də var. FİFA, UEFA, Premyer Liqa, A Seriyası… Biz məşqçilər turnirlər təşkil etmirik, hər kəsin öz rolu var. Onu təşkil edənlər bizim burada olmağımızı istəyirlər və mən artıq dedim ki, burada olduğumuz üçün fəxr edirəm. Sonda çoxu bu turniri yalnız ona görə tənqid edir ki, onlar bu turnirdə iştirak etmirlər və ya iştirak etmək istəyirlər”.
“Şəhərlilər” 1/8 finalda “Əl-Hilal”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin