“Qvardiola ilə işləməkdən məmnunam, ancaq…” – İlkay Gündoğan
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğanın müqaviləsinin müddətini uzatmaq istədiyini xəbər vermişdik.
Komanda.az xəbər verir ki, türk əsilli alman futbolçu bu barədə İngiltərə mətbuatına açıqlama verib. İlkay, qərarını mövsümün sonunda verəcəyini deyib:
“Mançester Siti”də qalıb-qalmayacağımla bağlı hələ qərar verməmişəm. Qərar versəydim, artıq müqaviləmin müddətini artıran sözləşməyə imza atardım. Xosep Qvardiola ilə işləməkdən məmnunam, ancaq bir gün qərar verməliyəm.
Hazırda 28 yaşım var və sonrakı müqaviləm karyeramın sonuna qədər hansı klubda olacağımı müəyyənləşdirəcək. Mövsümün sonunda yenidən oturub, rəhbərliklə görüşəcəm”.
“Mançester Siti” ilə hazırkı müqaviləsi 2020-ci ilə qədər olan İlkay, bu mövsüm 37 oyunda iştirak edərək, 5 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin