Qvardiola: “İkinci qol təsadüfən vuruldu”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun yarımfinalında “Liverpul”a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ispaniyalı məşqçi oyunun ikinci hissəsində komandasından razı qaldığını bildirib:

“Çətin ilk hissədən sonra əlimizdən gələni etdik. Birinci qola gəlincə, rəqib bəzi mövqelərdə çox güclüdür. İkinci qol təsadüfən vuruldu. Oyuna qayıtmaq çətin idi, amma ikinci hissədə oyunçular əla iş gördülər. İkinci hissədə hücumlarımız, hesabı bərabərləşdirmək üçün şanslarımız oldu.

Nəhayət, bir-iki gün istirahətimiz olacaq. Biz bilirik ki, qarşıda ölkə çempionatında yeddi oyun və Çempionlar Liqası var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button