![](https://komanda.az/wp-content/uploads/2022/06/florianvirts.jpeg)
Qvardiolanın 140 milyon avroluq hədəfi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının hücum xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin transfer hədəfi Almaniya millisi və Leverkuzen “Bayer”inin futbolçusu Florian Virtsdir.
21 yaşlı yarımmüdafiəçinin “əczaçılar”la müqaviləsi 2028-ci ilə qədərdir. Onun transfer dəyəri 140 milyon avrodur.
Virts cari Bundesliqa mövsümündə 21 oyun keçirib, 9 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin