Qvardiola Halandın qolu haqda: “Bu, bir insan üçün anormaldır”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasında “Sparta” ilə matçda (5:0) Erlinq Halandın qoluna münasibət bildirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Qvardiola norveçli hücumçunun necə qol vurduğunu bilmədiyini söyləyib:

“Halandın necə qol vurduğunu bilmirəm. Mən deyərdim ki, bu, bir insan üçün anormaldır. O, fantastik qol vurdu.

Haland topa 15-20 dəfə toxuna bilir və 7-8 şansı olur. Bu, mükəmməldir. O, inanılmaz qol vurdu”.

24 yaşlı forvard cari mövsümdə bütün klub yarışlarında 12 matçda 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button