Qvardiola: “Hələ qərar verməmişəm”

Pep Qvardiolanın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir və hazırda ispaniyalı məşqçinin gələcəyi müzakirə olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvardiola mətbuat konfransında vəziyyəti ilə bağlı sualı cavablandırıb:

“Mənim gələcəyim? Mən qərar verməliyəm. Hələ qərar verməmişəm. Bir qərara gələndə sizə xəbər verəcəm. Hazırda heç bir xəbər yoxdur və əlavə edəcəyim heç nə yoxdur. Mən yalnız “Vulverhempton”la qarşıdakı oyunu düşünürəm.

Gələcəkdə milli komanda ilə işləmək istəyirəm? Bəli”.

“Vulverhempton” – “Mançester Siti” matçı oktyabrın 20-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button