Qvardiola Gündoğana görə peşmandır
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğanın “Barselona”ya keçməsinə icazə verdiyinə görə təəssüflənir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, almaniyalı yarımmüdafiəçini əvəz edə biləcək futbolçu tapa bilmədiyini etiraf edib.
Gündoğan mövsümün sonunda “Mançester Siti” ilə yeni müqavilə imzalamaqdan imtina edib və azad agent kimi “Barselona”ya keçmək qərarına gəlib. Klub daha yaxşı şərtlər təklif etməklə İlkayı saxlaya bilərdi.
Almaniyalı futbolçu ötən mövsüm “şəhərlilər”in kapitanı olub və komandasına qızıl trebl etməkdə yardım edib.
Gündoğan bu mövsüm İspaniya çempionatında 5 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin