Qvardiola: “Gündoğana vaxt lazımdır”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola kluba qayıdan İlkay Gündoğandan gözləntilərini bölüşüb.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Gündoğanın öz məqsədinə çatacağını bildirib:

“Gündoğanın ən yaxşı formasına qayıtması üçün vaxt lazımdır. O, mövsümöncəsi tam hazırlıq keçirmədiyi üçün hələ də ritmə girməyib. Lakin o, həmişə xüsusi bir şey verir. Əlbəttə ki, o, öz məqsədinə çatacaq”.

Almaniyalı yarımmüdafiəçi cari mövsümdə “Mançester Siti”nin heyətində 6 oyuna çıxıb. 33 yaşlı futbolçu ötən mövsümü “Barselona”da keçirib, avqustda isə 2016-2023-cü illərdə oynadığı “Mançester Siti”yə qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button