Qvardiola zənglərə cavab vermir, ofisindən çıxmır

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola telefon zənglərinə cavab vermir və “şəhərlilər”in məşq meydançasındakı ofisinə çəkilib.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Mançester Siti” mövsümün fəlakətli hissəsini yaşayır. Komanda son 7 görüşdə 6 məğlubiyyət alıb, 1 dəfə heç-heçə edib. Qvardiolanın yetirmələri Premyer Liqa çərçivəsində keçirdikləri son oyunda səfərdə “Liverpul”a 0:2 hesabı ilə yenilib.

“Şəhərlilər” İngiltərə çempionatının 13 turundan sonra 23 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Qvardiolanın komandası növbəti matçını səfərdə “Nottingem Forest”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button