“O, xüsusi oğlandır” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin “Arsenal”la oyunundan sonra (1:0) danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, cütün taleyini həll edən qolun müəllifi Natan Akeni tərifləyib:
“O, döyüş sənətində çox yaxşıdır. Xüsusi oğlandır. Bəzən elə olub ki, meydana çıxmayıb, amma buna görə heç vaxt şikayətlənməyib. Natan Ake yaxşı mövsüm keçirir”.
“Arsenal”ı mübarizədən kənarlaşdıran “Mançester Siti” 1/8 finala vəsiqə qazanıb. Komandanın rəqibi püşkatmadan sonra məlum olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin