
Qvardiola: “Barselona”ya baxmaq böyük zövqdür”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın Hans-Diter Flikin rəhbərliyi altında göstərdiyi oyun haqda fikirlərini bölüşüb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, 2008–2012-ci illərdə Kataloniya komandasını çalışdırmış ispaniyalı mütəxəssis, alman həmkarının işinə heyran qaldığını bildirib:
“Onlara baxmaq böyük zövqdür. Deyirlər ki, məsələ müdafiədə deyil, ona görə də heç nəyi dəyişmirlər və bütün gücləri ilə irəli atılırlar. “Biz rəqibdən bir qol artıq vuracağıq” – bunu vaxtilə Yohan Kroyff demişdi. Flik isə bunu yeni səviyyəyə qaldırıb”.
“Barselona” hazırda La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider “Real”dan iki xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



