Qvardiola Ferqyusonu geridə qoydu
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Leyptsiq”lə matç “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
“Şəhərlilər” Bundesliqa təmsilçisini məğlub ediblər (3:1).
Komanda.az xəbər verir ki, bu qələbə Qvardiola üçün Çempionlar Liqasında 103-cü olub. Bununla da, o, “Mançester Yunayted”lə ÇL-in 190 matçında 102 qələbə qazanan Ser Aleks Ferqyusonu geridə qoyub.
Qvardiola bu nailiyyətə 161 oyunla çatıb.
Siyahıya “Real”ın baş məşqçisi Karlo Ançelotti liderlik edir. Onun 193 matçda 109 qələbəsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin