Qvardiola “Everton”u təriflədi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 18-ci turunun “Everton”la qarşıdakı oyunu haqda danışıb.
Komanda.az “şəhərlilər”in rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı londonlularun “təmiz qollar”a görə ən yaxşılardan biri olduğunu bildirib:
“Şon Dayçın komandaları həmişə həqiqətən yaxşı müdafiə quruluşuna, və hücumda yaxşı birləşmələrə malikdir. Onlar “Arsenal” və “Çelsi” ilə qarşılaşmada bunu edə bilirlərsə, deməli, doğrudan da yaxşıdırlar. Onların yaxşı keçidləri, təbii ki, cərimə zərbələri və uzun ötürmələri var, həqiqətən güclüdürlər. “Təmiz qollar”a görə ən yaxşılarından biridirlər. Bu o deməkdir ki, onlar yaxşı işləyirlər”.
Qvardiolanın komandası Premyer Liqada 17 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin