Qvardiola etiraf etdi: Tərifin “doza”sını çox edib
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Mateus Nunesi dünyanın ən yaxşı futbolçularından biri adlandırarkən şişirtdiyini etiraf edib.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Nunesi həddən artıq tərifləməyin səhv olduğunu bildirib:
“Bəlkə də bir az şişirtmişəm. Bu, səhvdir. O, həqiqətən də yaxşı oyunçudur, lakin mən bunu 5:0 hesablı qələbədən sonra (Çempionlar Liqasının 2021/22 mövsümünün 1/8 final mərhələsinin “Sportinq”ə qarşı ilk oyunu) demişdim. Bununla belə, o, müstəsna oyunçudur”.
Nunes 2019-2022-ci illərdə “Sportinq”də çıxış edib. O, 2023-cü ildə “Mançester Siti”yə keçib. 25 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin