Qvardiola Halandla mübahisə edib?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 1-ci turunun “Bernli” ilə matçından sonra (3:0) fikirlərini bölüşüb.

Qarşılaşmanın 1-ci hissəsi yekunlaşanda ispaniyalı mütəxəssisin hücumçu Erlinq Halandın yanına getməsi və onunla ünsiyyət qurması operatorların diqqətindən yayınmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin epizodla bağlı bunları deyib:

“Halandla mübahisə etmirdim. Etməli olduğumuz məsələlərlə bağlı ona məsləhət verirdim. Erlinq həmişə topun məhz ona ötürülməsini istəyir. İlk hissənin sonuna iki-üç dəqiqə qalarkən Mateo Kovaçiç və Rodri sırf ona görə topu itirdi. Haland “Bernli” ilə oyunda iki qol vurdu. Məncə, xoşbəxtdir”.

“Şəhərlilər” avqustunda 16-da UEFA superkuboku çərçivəsində “Sevilya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button