Qvardiola: “De Bruynenin olması komandanın oyununa müsbət təsir edir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 14-cü turunun “Nottingem Forest”ə qarşı oyununda komandanın yarımmüdafiəçisi Kevin de Bruynenin çıxışını dəyərləndirib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Kevin de Bruynenin əla oynadığını bildirib:

“Kevin əla oyun oynadı. O, ilk hissədə xüsusilə yaxşı idi. Baxmayaraq ki, fasilədən sonra da uğurlu oyun nümayiş etdirdi. De Bruynenin olması komandanın oyununa müsbət təsir edir. Mən bunu çoxdan bilirəm”.

“Mançester Siti”nin 3:0 hesabı ilə qalib gəldiyi matçda qollardan birini De Bruyne vurub.

Qvardiolanın yetirmələri 14 matçdan sonra Premyer Liqada 26 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button