De Bruyne məşqlərə başlayıb, Haland isə…
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın zədəli futbolçuları – yarımmüdafiəçi Kevin De Bruyne və hücumçu Erlinq Halandın sağalma prosesini şərh edib.
Komanda.az “Mançester Siti”nin rəsmi saytına istinadən xəbər verir ki, o, bunu deyib:
“De Bruyne məşqə dünən başlayıb və sabah bizimlə məşq edəcək. Amma artıq üç aydır ki, o, oynaya bilmir. Buna baxmayaraq, yaxşılaşır. Haland isə hələ də məşq edə bilmir”.
Dekabrın 19-da “Mançester Siti” Klublararası dünya çempionatının yarımfinalında Yaponiyanın “Urava Red Daymonds” komandasına 3:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin