Qvardiola Stounz haqda: “Qərarı klub verəcək”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiəçi Con Stounzun zədələrdən tam qurtulub-qurtulmadığı və klubdakı gələcəyi barədə danışıb.

Komanda.az “City Report”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis gözləmək lazım olduğunu bildirib:

“Onun müqaviləsinin müddəti yayda başa çatacaq? Bu barədə məndən soruşmayın, qərarı klub verəcək. Trebl qazandığımız mövsümdə o, inanılmaz idi. Amma o vaxtdan bəri sabit oynaya bilmir, bir neçə dəfə zədələnib. Gözləmək və görmək lazımdır”.

31 yaşlı futbolçu 2016-cı ildən “Mançester Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button