Qvardioladan “Çelsi”nin baş məşqçisi haqda açıqlama

“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola “Çelsi”nin yeni baş məşqçisi Enzo Mareska ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Mareskanın uğur qazanacağına inandığını bildirib:

“Məşqçi üçün ən vacib şey nəticələrdən asılı olmayaraq öz fəlsəfəsinə sadiq qalmaqdır. Mareska uğur qazanacağına inanır. Onun bunu etməsinə nə qədər vaxt lazım olacaq, bilmirəm, amma əminəm ki, o, bunu edə bilər”.

Mareska 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan müqavilə bağlayaraq, “Çelsi”nin baş məşqçi postunu bu yay tutub. London klubu ötən mövsüm Premyer Liqada uğursuz çıxış edərək, turnir cədvəlini 6-cı pillədə başa vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button